Spekulyasiya

Spekulyasiya (lat. specio sözündən) — iz ilə gedib tapma, izinə düşmə, baxıb tapmaq [1], aşağıdakı mənaları ifadə edə bilər[2]:

  • İqtisadi lüğətdə – alış və satış qiymətləri arasındakı fərq sayəsində gəlir əldə etmək deməkdir. Mahiyyət etibarı ilə, istənilən ticarət əməliyyatını spekulyasiya hesab etmək olar. İqtisadi ədəbiyyatlarda tez-tez spekulyasiya və investisiyanı bir-birindən fərqləndirmək cəhdlərinə rast gəlirik
  • Ümum humanitar xarakterli, fəlsəfi, həmçinin ümum elmi ədəbiyyatda və publisistikada – mücərrəd, abstrakt mühakimələr deməkdir.
  • Məcazi mənada isə – hər hansı bir şəraitdən, kiminsə çətinliklərindən öz məqsədlərin və planların naminə istifadə etmək (məsələn siyasi çətinliklər üzərində spekulyasiya etmək)[3].

Spekulyant — nəyisə şəxsi istifadə və istehlak məqsədilə deyil, təkrar satış və mənfəət əldə etmək məqsədilə alan şəxs[4].

  1. "«The Vocabularist: Speculation doesn't have to be 'mere'», BBC, 5 April 2016". 9 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 December 2020.
  2. Вестник Московского университета: Право. Серия XI. Изд-во Московского университета, 1993. Стр. 16.
  3. Спекуляция Arxivləşdirilib 2009-09-22 at the Wayback Machine Толковый словарь русского языка Ушаковa
  4. "Spekulyasiya" (az.). banker.az. 2018-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search